Bəzən yediyimiz ət məhsullarının mənşəyi barəsində məlumatsız oluruq. Məhz bu səbəbdən ətdən zəhərlənmə halları tez-tez baş verir. İsti havalarda isə ət məhsulları tez xarab olur. Hətta bəzi restoranlarda ət məhsulları köhnəlmiş ola bilir.
Maraqlıdır, görəsən, belə bir məqamda restoranlar və kafelərdə ət yeməkləri sifariş edərkən nəyə diqqət edilməlidir? Ət məhsullarını necə saxlamaq lazımdır?
QAZÌLER.AZ verdiyi melumata gõre, məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, ətin xarab olması düzgün şərtlər altında saxlanmaması, daşınmaması və təqdim olunmaması səbəbindən baş verir.
Onun sözlərinə görə, bu səbəbdən ət birinci baytar nəzarətindən keçməli, daha sonra kəsim yerlərindən soyuq qida zəncirində daşınmalıdır:
"Ümumiyyətlə təkcə ət yox, digər riskli qidalara da xüsusi diqqət yetirmək lazımdır. Toyuq əti, mayonez, yumurta və süd məhsulları riskli qidalar qrupuna aiddir. Əti aldıqda və ya hər hansı bir restoran ət yeməyi sifariş etdikdə onun rənginə fikir vermək lazımdır. Ət qaralarsa, sarı, oleyin yağ turşularının miqdarı çox olarsa, almaq məsləhət deyil. Həmçinin rəngi qaralmış, göyərmişdirsə və ya xoşagəlməz qoxu hiss etdikdə uzaq durmaq lazımdır. Çünki ətin rəngi və qoxusu dəyişməməlidir. Bu kimi hallar baş verdikdə deməli ət köhnədir. Ona görə də diqqətli olmaq lazımdır. Təzə ətin emalını temperaturu 15-18 dərəcə olan otaqda həyata keçirmək lazımdır. Bundan əlavə, əgər əti 2 gün ərzində bişirəcəyiksə, +4 dərəcə temperaturda, uzun müddət saxlayıb sonra bişirəcəyiksə, -18 dərəcə dərin dondurucuda saxlamaq lazımdır".