Meymunçiçəyi ilə mübarizə üçün lazım olan məbləğ AÇIQLANDI

Meymunçiçəyi ilə mübarizə üçün lazım olan məbləğ AÇIQLANDI backend

Bu il 16 mindən çox şəxs meymunçiçəyi (mpox ) virusuna yoluxub, 575 nəfər ölüb.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus deyib.

ÜST rəhbəri əlavə edib ki, qlobal mpox epidemiyasının başladığı 2022-ci ildən bəri dünyada 100 mindən çox insan meymunçiçəyi xəstəliyinə yoluxub və bu rəqəm artmaqda davam edir:

“Virus bütün dünyada aşağı səviyyədə yayılır, lakin Afrika regionu xəstəliyin görünməmiş böyüməsi və coğrafi genişlənməsi ilə üzləşib. Virusun ötürülməsi hazırda Konqo Demokratik Respublikasında (DRC) daha çoxdur. Belə ki, 2024-cü ildə yoluxma hallarının 90%-ni bu ölkədə qeydə alınıb”.

Cenevrədə diplomatik brifinqdə çıxış edən Qebreyesus, mpox xəstəliyinin yayılmasına qarşı hərtərəfli və əlaqələndirilmiş beynəlxalq reaksiyaya ehtiyac olduğunu bildirib:

“Bu işi maliyyələşdirmək və epidemiyanı mümkün qədər tez dayandırmaq üçün ilkin hesablamalarımız belədir ki, strateji hazırlıq və cavab tədbirləri planı növbəti altı ay ərzində epidemiyanın kəskin mərhələsi üçün təxminən 135 milyon dollar tələb edəcək. Artan ehtiyaclar fonunda bu məbləğin yüksələcəyi ehtimal edilir

Diaspora