İsveçin Karolinska İnstitutunun nevroloqları ağrının qəbuluna cavabdeh olan yeni orqan tapıblar.
Qaziler.az bildirir ki, bu barədə “56orb” məlumat yayıb.
Araşdırmanın nəticələrində qeyd edilir ki, bu orqanın insanlarda olub-olmaması hazırda məlum deyil.
Alimlər neyronları qorumaq üçün nəzərdə tutulmuş şvan hüceyrələrinin epidermisin altında şəbəkə meydana gətirdiyini müəyyən ediblər. Onlar kəsiklər, təzyiq və yanma hissi kimi müxtəlif xarici stimullara cavab verən hiss orqanları kimi fəaliyyət göstərirlər.
Siçanlar üzərində aparılan təcrübələrdə bu hüceyrələr işığa reaksiya verərək gəmiricilərdə ağrı əlamətlərinə səbəb olub. Şvann hüceyrələrinin bloklanması mexaniki stimullara həssaslığın azalmasına səbəb olub, lakin istilik stimullarına həssaslığa təsir etməyib.
QAZİLER.AZ