Evliliyin kişi və qadınlara çox fərqli təsir etdiyi müəyyən edilib

Evliliyin kişi və qadınlara çox fərqli təsir etdiyi müəyyən edilib backend

Toronto Universitetinin kanadalı alimləri müəyyən ediblər ki, kişilərdə uğurlu qocalmanın açarı evlilikdir. Bununla yanaşı, evlilik qadınlara tamamilə fərqli şəkildə təsir edir.

Qaziler.az xəbər verir ki, müvafiq araşdırma “SageJournals” portalında dərc olunub. Araşdırmada yaşı 60-dan yuxarı olan 7,6 min nəfər iştirak edib.

Araşdırmaya görə, evli kişilərin sağlamlıq göstəriciləri daha yaxşı olur. Heç vaxt evlənməmiş və ya dul qalmış qadınların da “uğurlu qocalma” şansı yüksəkdir.

Mütəxəssislər sosial əlaqələrin sağlamlığa təsir etdiyini də aşkar ediblər. Qohumları, qonşuları və dostları ilə müntəzəm görüşən insanlarda firavan qocalma müşahidə olunur.

QAZİLER.AZ

Diaspora