Həddindən artıq ağır iş rejimi və aşağı əməkhaqqı nəticəsində yaranan stress atrial fibrilasiyanın inkişaf riskini artırır.
Qaziler.az bu barədə "sport-express.ru"ya istinadən xəbər verir.
Bu, insult, ürək çatışmazlığı və ya digər ürək-damar ağırlaşmalarına səbəb ola bilər. Bu barədə “Journal of the American Heart Association” jurnalında dərc olunan yeni araşdırmada deyilir.
Alimlər 18 il ərzində ofis işlərində çalışan 6000-ə yaxın yetkin insanın tibbi qeydlərini tədqiq edərək müəyyən ediblər ki, həddindən artıq çalışan işçilər, həddindən artıq yüklənməyən işçilərlə müqayisədə atrial fibrilasiyanın inkişaf riski 83% daha yüksəkdir.
Həmçinin qeyri-müntəzəm saatlarda işləyənlər və aşağı maaş alanlarda 97% daha çox patoloji inkişaf riski var.
QAZİLER.AZ