Uşaqların psixologiyasına ziyan vuran cizgi filmləri

Uşaqların psixologiyasına ziyan vuran  cizgi filmləri backend

“Bir sıra müasir cizgi filmləri uşaqlarda stereotipli düşüncə formalaşdırır”.

Qaziler.az xəbər verir ki, bunu Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin baş elmi işçisi, psixoloq Yelena Şepeleva “Gazeta.ru”ya bildirib. Onun sözlərinə görə, belə nümunələrdən uşaq mənfi nümunə götürə bilər.

“Müasir cizgi filmləri özündə parlaq şəxsiyyəti təcəssüm etdirən personajların yer aldığı seriallardır. Hər epizodda göründükləri üçün uşaq onları yaxın dost, hətta ailə üzvləri kimi qəbul etməyə başlayır. Bunun həm müsbət, həm də mənfi cəhətləri var - uşaq müxtəlif insanların müxtəlif vəziyyətlərdə necə davrana biləcəyini başa düşür, lakin müəyyən bir model yaradılır”, - psixoloq vurğulayıb.

O qeyd edib ki, Luntik haqqında cizgi filmində balaca arı dayanmadan işləyir, kəpənəklər bəzənir, tırtıllar isə zarafat edir və uşaq öz yaşıdlarında da belə davranışları görə bilər. Həmçinin uşaqlar televiziya seriallarından mənfi rol modellərini də qəbul edə bilərlər.

Məsələn, "Maşa və Ayı" cizgi serialında qız hər zaman dəcəllik edir və səbrli valideyni təcəssüm etdirən Mişka xuliqanlığın nəticələrini aradan qaldırır. Uşaq gördüyü nümunələri mənimsəyir və Maşa ilə əlaqələndirir. Valideynlər daim Mişka rolunda olmaq istəmirlərsə, o zaman uşaqla Maşanın hərəkətlərinin nəticələrini müzakirə etməlidirlər”, - deyə mütəxəssis izah edib.

QAZİLER.AZ

Diaspora