Bağırsaqların fəaliyyətini yaxşılaşdıran SADƏ ÜSUL

Bağırsaqların fəaliyyətini yaxşılaşdıran  SADƏ ÜSUL backend

Qarın masajı həzmi yaxşılaşdırır və şişkinlikdən xilas olmağa kömək edir.

Bu barədə amerikalı dietoloq və tibb elmləri doktoru Emili Sperlok “Health News”a bildirib.

Həkimin sözlərinə görə, saat əqrəbi istiqamətində yumşaq yoğurma hərəkətləri bağırsaq hərəkətlərini stimullaşdırmağa və qəbizliyi aradan qaldırmağa kömək edir. Öz-özünə masaj da köpün artmasını, şişkinliyi və krampları aradan qaldıra bilər. Dietoloq izah edib ki, qarın nahiyəsində toxunma və orqanlara orta mexaniki təsir xüsusilə stress zamanı faydalıdır. Yüksək psixoloji stress həzm traktının fəaliyyətinin pisləşməsinə səbəb ola bilər.

Spurlok qeyd edib ki, istənilən effekti əldə etmək üçün bir neçə seans özünüzü masaj etmək tələb oluna bilər. Prosedur arxa üstə uzanaraq, qabırğalara doğru qarın nahiyyəsini aşağıdan yuxarıya basaraq aparılmalıdır. Bundan sonra, dietoloq dairəvi hərəkətlərə keçməyi tövsiyə edir. Bu zaman saat əqrəbi istiqamətində masaj etmək vacibdir, çünki bu, bağırsaqların burulduğu istiqamətdir. Dəriyə çox və ya uzun müddət təzyiq etmək tövsiyə edilmir ,10-15 dəqiqə masaj kifayət edəcək.

QAZİLER.AZ

Diaspora