Limonlu çay ən məşhur içkilərdən birinə çevrilib. Xüsusilə insanlar onu soyuq mövsümdə içməyə başlayırlar, çünki çoxları limonlu çayın müalicəvi xüsusiyyətlərinə inanır. Bəs, bu həqiqətən belədirmi?
Limon mədənin selikli qişasını qıcıqlandıra bilən təbii turşu mənbəyidir. Xüsusilə bir insanın qastrit, mədə-bağırsaq və digər xəstəlikləri varsa... Buna görə həkimlər limonu süd, bal və ya göyərti ilə əvəz etməyi məsləhət görürlər.
Böyük miqdarda limonlu tünd çay yuxusuzluq, narahatlıq, yorğunluq və yuxululuğa səbəb olan sinir sistemi pozğunluqlarına səbəb ola bilər. Çünki tərkibindəki tanin və C vitamini sinir sistemini oyadır.
Eyni zamanda limonlu çay dişin mina qatını zədələyir. İçkinin ən böyük zərəri yeməkdən əvvəl və ya sonra içməyinizdir. Alimlər gündə dörd fincana qədər çay içməyi məsləhət görürlər.
QAZİLER.AZ