Mütəxəssislərin fikrincə, ərik gözü xəstəliklərdən qoruyan, ürək və ürək-damar sisteminin işini dəstəkləyən qidalarla zəngindir.
Qaziler.az bildirir ki, bu barədə obozrevatel.com yazır
Ərikdə görmə qabiliyyətini yaxşılaşdıran və insan orqanizmində sərbəst radikalları neytrallaşdıra bilən güclü antioksidant olan kifayət qədər miqdarda A vitamini var.
Tədqiqatçılar həmçinin 50.000 tibb bacısının göz sağlamlığını araşdırıb və müəyyən ediblər ki, müntəzəm olaraq çox miqdarda A vitamini qəbul edən qadınlarda katarakt inkişaf riski 40% azalıb.
Qeyd edək ki, provitamin A olan karotin ərik meyvələrində 1 mq-da 16%-ə qədər olur. Bu qədər karotin demək olar ki, heç bir meyvənin tərkibində yoxdur.
Beləliklə, bu meyvə yalnız dadlı deyil, həm də sağlamdır.
QAZİLER.AZ