Havanın hərarətinin yüksəlməsi infarkt riskini artırır

Havanın hərarətinin yüksəlməsi infarkt riskini artırır backend

Havanın 20 dərəcədən yuxarı istiliyinin hər dərəcəsinin artması  65 yaşdan yuxarı şəxslərdə infarkt riskini 2 faiz artırır.

Qaziler.az bildirir ki, bunu TU Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri Servet Altay deyib.

Trakya Universiteti (TU) Tibb Fakültəsi Kardiologiya Elm sahəsi Başçısı Prof. Dr. Sərvət Altay havaların mövsümi normadan artıq isti keçməsinin insan sağlamlığına mənfi təsir etdiyini bildirib.

İsti havaların infarkt, ürək çatışmazlığı və aritmiya kimi sağlamlıq problemlərinə səbəb olduğunu bildirən Altay, xüsusilə risk qrupunda olan xəstələrin və yaşlıların diqqətli olması barədə xəbərdarlıq edib.


İsti havaların bədənin istilik tarazlığını pozduğunu və birbaşa ürək sağlamlığına təsir etdiyini izah edən Altay:

"Havanın temperaturu 20 dərəcədən yuxarı olduqda, xüsusilə 65 yaşdan yuxarı şəxslərdə hər dərəcə temperatur artımında infarkt riskinin 2 faiz artdığı görülür. Temperatur nə qədər yüksək olarsa, bir o qədər də çox infarkt görürük. Bundan əlavə, hipertoniya və ritm pozğunluqları meydana gəlir.

Prof. Dr. Altay isti havalardan qorunmaq üçün bol maye qəbul etmək və yağlı qidalardan uzaq durmaq, tərəvəz və meyvələrlə yüngül yeməklərə üstünlük vermək lazım olduğunu bildirib.

Altay əlavə edib ki, günün ən isti saatlarında mümkün olmadıqca çölə çıxmaq olmaz.

QAZİLER.AZ

 

 

Diaspora