Meyvə və tərəvəz şirələrinin zərərləri haqqında mif dağıldı

Meyvə və tərəvəz şirələrinin zərərləri haqqında  mif dağıldı backend

Şəkərsiz meyvə-tərəvəz şirələri ölçülü şəkildə istehlak edildikdə ağız sağlamlığına zərər vermir və çəki artımına səbəb olmur.

Bu barədə “The Conversation”a avstraliyalı dietoloq Emma Bekket məlumat verib.

Həkim izah edib ki, şirələrin hazırlanması meyvə və tərəvəzlərin saxlanma müddətini uzatmaqla yanaşı, qida maddələrini - vitaminləri, mineralları və antioksidantları qoruyub saxlaya bilər. Şirələr bütöv meyvə və tərəvəzlərdən daha az lif (sağlam pəhriz lifi) ehtiva etsə də, düzgün qidalansanız sağlamlığınıza zərəri yoxdur. Bundan əlavə, bəzi şirələr adətən yeyilməyən hissələrdən ibarətdir (məsələn, qabıq). Bu içki seçimlərini sağlam adlandırmaq olar.

Bekketin sözlərinə görə, çoxsaylı araşdırmalar şirələrin sağlamlığa ya müsbət, ya da neytral təsir göstərdiyini göstərib. Elmi tədqiqatlar da içməli şirələrin artıq çəki artımına və ya qan şəkərinin davamlı artmasına səbəb olduğunu etibarlı şəkildə təsdiqləməyib.

Şirənin dişlər üçün zərərli olduğuna dair ümumi inanc da doğru olmaya bilər.

Dietoloq əlavə edib ki, zərərli olmasa belə, yeyilən meyvə-tərəvəzlərin sokla əvəz edilməsi məsləhətli deyil. Bundan əlavə, şirələrin bədəni toksinlərdən təmizlədiyinə dair heç bir sübut olmadığı üçün diyeta günlərini şokla keçirməyə ehtiyac yoxdur.

QAZİLER.AZ

Diaspora