“Ultrasəsli ağcaqanad kovucu var, lakin gözlənilən effekti vermir. Qansoran həşəratlardan qorunmağın ən yaxşı yolu repellentlər, yəni spreylərdir”.
Qaziler.az xəbər verir ki, bu məsləhəti kardioloq German Qandelman “Birinci Kanal”a deyib.
“Uşaqların bu repellentlərdən istifadəsinə icazə verilən yaşa diqqət yetirmək lazımdır. İkincisi, bu repellentlərin dəriyə və ya yalnız geyimə tətbiq oluna biləcəyidir”, - həkim qeyd edib.
İmmunoloq Andrey Prodeus isə qeyd edib ki, artıq çəkili insanlar daha çox tər və karbon qazı çıxardıqları üçün ağcaqanadların ən cəlbedici qurbanı olurlar. Həşəratları cəlb edən xüsusilə bu qoxulardır.
QAZİLER.AZ