Maddələr mübadiləsini pisləşdirən vərdişlər

Maddələr mübadiləsini pisləşdirən vərdişlər backend

“Maddələr mübadiləsinə “fast food” yemək, siqaret çəkmək və ya oturaq həyat tərzi kimi pis vərdişlər mənfi təsir göstərə bilər”.

Qaziler.az xəbər verir ki, bunu endokrinoloq Roman Teruşkin “aif.ru” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, belə vərdişlərə tez-tez qəlyanaltı yemək və tam yuxu yatmamaq da daxildir.

İnsanlar maddələr mübadiləsini valideynlərimizdən və təbiətdən aldığımızı, ona təsir etməyin mümkün olmadığını düşünməklə yanılırlar. Amma bu doğru deyil. İnsanın maddələr mübadiləsini pisləşdirmək çox asandır, bir çoxumuz bunu fərqinə varmadan hər gün vərdişlərimizlə məhv edirik”, - Teruşkin deyib.

Bu gizli vərdişlərə yeməyi sürətli yemək, tez-tez qəlyanaltılar, qəhvə və enerji içkilərinin həddindən artıq istehlakı, yuxunun normal olmaması və daimi stress şəklində psixoloji gigiyenaya etinasızlıq daxildir.

Endokrinoloqun sözlərinə görə, maddələr mübadiləsini normal saxlamaq ilk baxışdan göründüyü qədər çətin deyil. Bunun üçün pis vərdişləri sağlam olanlarla əvəz etmək, vaxtın düzgün idarə edilməsinə əməl etmək və hər gün fiziki fəaliyyətə vaxt ayırmaq lazımdır.

QAZİLER.AZ

Diaspora