Ucuz şokoladların tərkibində həzm olunmayan yağlar var

Ucuz şokoladların tərkibində həzm olunmayan yağlar var backend

“Ucuz şirniyyat və şokoladların tərkibində orqanizmdə həzm olunmayan trans yağlar ola bilər”.

Qaziler.az xəbər verir ki, bunu diyetoloq Janna Tixanıçeva “Beşinci Kanal”a müsahibəsində bildirib. Onun sözlərinə görə, belə maddələr çox vaxt çəki artımına səbəb olur.

“Trans yağlar orqanizmdə sorulmur. Bədən bu maddələrdən necə istifadə edəcəyini bilmir və onu piy toxumasında saxlayır”, - Tixanıçeva xəbərdarlıq edib.

Allerqoloq-immunoloq Viktoriya Merkulova da şirniyyatların tərkibində yalnız faydalı deyil, həm də allergen maddələrin də ola biləcəyinə diqqət çəkib. Onların arasında Merkulova yumurta, qoz-fındıq, süd, həmçinin dadlandırıcılar, stabilizatorlar və boyaların adını çəkib.

Qastroenteroloq Yekaterina Melnikova isə insanlara marketlərdən tərkibində karamel, fısdıq və çoxlu şəkər olan şokoladları almamağı tövsiyyə edib. Bunun əvəzinə tünd şokolad əsaslı məhsullar yeməyi tövsiyə edib.

QAZİLER.AZ

Diaspora