Rusiyalı həkim - dietoloqYekaterina Strelnikova spirtin arıqlamağa təsiri ilə bağlı həqiqəti açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə lenta.ru yazır.
Həkim bildirib ki, arıqlayarkən spirtli içki qəbul etməkdən tamamilə uzaq olmaq lazımdır. Onun sözlərinə görə, onların kalorisi çox yüksəkdir və iştahı artırır. Bundan əlavə, spirtin tərkibindəki etanol molekulları orqanizmdə su balansının pozulmasına gətirib çıxarır. “Anlamaq lazımdır ki, alkoqolun yaratdığı şişkinlik duzlu və ya şirin qidalardan daha uzun çəkir. Orta miqdarda, məsələn, həftədə iki və ya üç dəfə alkoqol qəbul etsəniz belə, vücudunuz daim bu və ya digər həcmdə artıq mayeni saxlayacaq”, - Strelnikova izah etdi.
Bundan əlavə, mütəxəssis spirtli içkilərin idman nəticələrinə təsir etdiyini qeyd edib. “Alkoqol bərpa olunmanı 60 faiz ləngidir, su balansını və qlikogen sintezini pozur və reaksiya sürətini zəiflədir. Ona görə də arıqlamaq istəyən spirtli içki qəbul edənlərin çoxu nəticə görmür”, - deyə o, aydınlıq gətirib.
QAZİLER.AZ