Psixoloq yumorun faydalarını açıqlayıb

Psixoloq yumorun faydalarını açıqlayıb backend

Yumor həyata faydalı təsir göstərir, ünsiyyət qurmağa kömək edir və stressi aradan qaldırır.

Qaziler.az bildirir ki, bu haqda Denis Hakimov “Veçernyaya Moskva” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, yumor sayəsində mürəkkəb və qeyri-müəyyən situasiyaları başa düşmək olar.

Mütəxəssis izah edib ki, gülüş stressi aradan qaldırır, ona görə ki, insan gülən zaman vəziyyətdən bir qədər uzaqlaşır və onu əyləndirir. Bu səbəbdən bəzi fors-major və gözlənilməz xoşagəlməz hallar yumşaldılır. Yumor gərgin situasiyaları başa düşmək üçün də istifadə oluna bilər, çünki o, gərginliyi azaldır, düşüncə və hərəkət çevikliyini artırır.

Psixoloq əlavə edib ki, gülüş insanları bir araya gətirir və ünsiyyət qurmağa kömək edir. İnsanlar əylənəndə dünyaya ümumi baxışı paylaşırlar, gərginlik və münaqişənin dərəcəsi azalır. Bundan əlavə, əgər insan özü ilə bağlı zarafat edə bilirsə, deməli, özünə qarşı ironiya var və bu, yetkin və sağlam şəxsiyyətə işarədir.

QAZİLER.AZ

Diaspora