Rusiyada donorda yeni qan qrupu aşkar edilib

Rusiyada donorda yeni qan qrupu aşkar edilib backend

Moskva Konçalovski xəstəxanasında əvvəllər məlum olmayan “Rh” faktoru variantı olan qan donoru tapılıb.

Qaziler.az bildirir ki, bu barədə məlumatı “KP.RU”ya transfizioloq Dmitri Jemçuqin bildirib. Onun sözlərinə görə, analizlər kişidə II qan qrupu və mənfi “Rh” faktoru olduğunu göstərib.

“Əlavə dərin laboratoriya testləri antigen D-nin müsbət olduğunu aşkar etdi, buna görə də nümunə əlavə molekulyar genetik test üçün göndərildi. Nəticədə məlum oldu ki, gənc oğlanda Beynəlxalq Qanköçürmə Cəmiyyətinin nomenklaturasında qeydiyyata alınmamış çox nadir D antigen forması var", - Jemçuqin deyib.

Transfizioloq vurğulayıb ki, tibbi tapıntının təsdiqi və ya təkzibi üçün Rusiyanın digər mərkəzlərində qan analizi aparmaq lazım gələcək.

QAZİLER.AZ

Diaspora