“Tərkibində zərərli komponentlər olduğuna görə qabları yuyucu tozla yumaq tövsiyə edilmir”.
Qaziler.az xəbər verir ki, bunu ROSBIOTECH Universitetinin baytarlıq-sanitariya ekspertizası və bioloji təhlükəsizlik kafedrasının dosenti Sergey Şıxov “Gazeta.Ru”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, bu maddələr insan orqanizminə daxil ola bilir.
“Yuyucu tozların tərkibində parçalardan ləkələri effektiv şəkildə çıxaran, lakin orqanizmə son dərəcə mənfi təsir göstərən anion səthi aktiv maddələr (A-səthi aktiv maddələr) var. Həmin vasitələri qablardan yumaq çətindir, ona görə də onun komponentləri qida ilə birlikdə orqanizmə daxil ola bilər”, - mütəxəssis izah edib.
Bioloq qeyd edib ki, bu maddələr orqanizmdə yerləşdikdə qaraciyər və ağciyərlər zədələnir, insan da viruslara qarşı həssas olur. Bundan əlavə, tozun tərkibində olan qələvilər və turşular təhlükəlidir. Belə kostik maddəli qarışıqlardan istifadə edərkən əlcək, gözlük, önlük, respirator və xüsusi ayaqqabılardan istifadə etmək vacibdir.
Şıxov əlavə edib ki, üzə qələvi düşərsə, göz yanığı yarana bilər. Yuyucu toz insan orqanizminə düşərsə, yemək borusu və mədəyə zərər verəcək.
QAZİLER.AZ