Şirniyyata olan güclü istəyin səbəbi açıqlanıb

Şirniyyata olan güclü istəyin səbəbi açıqlanıb backend

“Şirniyyata daimi həvəs orqanizmdə zülal çatışmazlığını, mədə-bağırsaq traktının işində pozğunluqları, həmçinin parazitlərə yoluxmanı göstərə bilər”.

Qaziler.az bildirir ki, bunu endokrinoloq Roman Teruşkin “LIFE.ru” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, şirniyyata daimi ehtiyac şəkərli diabetin yaranmasına səbəb ola bilər.

“Çox vaxt, rasionda kifayət qədər protein olmadıqda şirniyyata olan ehtiyac daha da artır. Proteinli məhsullar bizi tikinti materialları və enerji ilə təmin edir, bunun olmaması bizi tez bir zamanda enerjinin "dozasını" əldə etmək üçün şirniyyat yeməyə məcbur edir”, - Teruşkin əlavə edib.

Endokrinoloq şirniyyat yemək istəyinin psixi problemlərə görə yarana biləcəyini də irəli sürüb. Stressli insan kədərini desert və şokolad yeməklə dəf etməyə çalışır. Həkim qeyd edib ki, gündə bir neçə dəfə konfet yemək ehtiyacı patologiyadan xəbər vermir, lakin qəlyanaltıları artırsanız, orqanizmdə nasazlığın səbəbini müəyyən etmək üçün həkimə müraciət etməlisiniz.

QAZİLER.AZ

Diaspora