Gel-manikür həvəskarları xərçəngin ən təhlükəli növlərindən birinə - melanomaya yoluxmaq riski ilə üzləşirlər.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiyada “Sağlam yaşa!” televiziya şousunun aparıcısı Elena Malışeva teleqram kanalında xəbərdarlıq edib. Onun sözlərinə görə, xəstəliyə dırnaqları qurutmaq üçün istifadə edilən ultrabənövşəyi lampalar səbəb olur. Onları daha təhlükəsiz bir seçimlə - LED lampalarla əvəz etməyi məsləhət görüb.
Malışeva vurğulayıb ki, dırnaq salonlarında texniki işçilər dırnaqlardan çıxan tozu udmamaq üçün prosedur zamanı əlcək, maska taxmalı və dırnaq tozunu çəkən xüsusi tozsorandan istifadə etməlidirlər. O, həmçinin qeyd edib ki, müştəriyə hər hansı xəstəliyi yoluxdurmamaq üçün birdəfəlik və ya tamamilə steril alətlərdən istifadə etmək lazımdır.
“Ancaq təhlükə başqadır: mövcud olan ən təhlükəli xərçəng şişi melanomadır. Melanoma daha çox dırnaq altında olur, gel laklı dırnaqlardan istifadə edən xanımlarda isə bu görünmür. Gel manikür həmişə ultrabənövşəyi işıqda qurutma tələb edir. Ultrabənövşəyi şüalanma isə melanomanın birbaşa yaradıcısıdır”, - ekspert əlavə edib.
Malışeva qadınlara gel lakı çıxardıqdan sonra dırnaqlarda qara ləkələrin, qəhvəyi zolaqların və melanomanın inkişafını göstərə biləcək digər dəyişikliklərin olması üçün müntəzəm olaraq, yoxlamağı tövsiyə edib.
Dırnaqlara baxım zamanı təhlükəni azaltmaq üçün həkim ultrabənövşəyi radiasiyanın əllərinizdən keçməsinə imkan verməyən xüsusi əlcəklərdən istifadə etməyi və ya 50+ qorunma dərəcəsi olan SPF kremi tətbiq etməyi məsləhət görüb. Çünki əlləri uzun müddət şüa altında saxlamaq təhlükəlidir.
QAZİLER.AZ