Üzüm ürəyi sağlam saxlayır

Üzüm ürəyi sağlam saxlayır backend

Qarında piylənmə və yüksək qan təzyiqi olan metabolik sindromdan əziyyət çəkən insanların üzümün müntəzəm istehlakı ürək sağlamlığını qoruya bilər.

"Alimlər müvafiq araşdırmanın nəticələrinə əsasən, üzümün istehlakı zamanı metabolik sindromlu kişilərdə ürək xəstəliklərinin inkişafına meylli risk faktorlarının azaldığını qeyd ediblər", - topnews.in yazır.

Mütəxəssislərin qeyd etdiyi kimi, üzüm istehlakı yüksək təzyiqin normallaşmasına, qan axınının yaxşılaşmasına və iltihabi proseslərin intensivliyinin azalmasına səbəb olur. Alimlərin fikrincə, onun belə faydalı təsirlərinin səbəbi üzüm giləmeyvələrinin tərkibində olan müəyyən təbii komponentlərdir (söhbət polifenollardan gedir).

QAZİLER.AZ

 

Diaspora