İsti otaqda yatmaq insanı qocaldır

İsti otaqda yatmaq insanı qocaldır backend

Hamımız qocalırıq, lakin bəzi şeylər, məsələn, çox günəşə məruz qalmaq, siqaret çəkmək, həddindən artıq spirtli içki qəbul etmək, stress və pis qidalanmaq kimi vərdişlər yaşlanma prosesini sürətləndirə bilər. Yuxu isə bunlara daxil olan digər mühüm amildir, xüsusən də insanı yaşlı göstərən bəzi yuxu vərdişləri kimi. Daha çox otaqdakı temperatur buna təsir göstərir.

“Healthdigest” yazır ki, həddindən artıq isti otaqda yatmaq müəyyən hormonların ifrazına mane ola və yuxunu poza bilər.

İsti otaqda yatmaq sizi necə qocaldır? Gəlin mütəxəssislərin bu haqda araşdırdıqlarına nəzər yetirək:

Mütəxəssislərin fikrincə, rahat, sərin, qaranlıq və sakit mühitdə yatmaq optimal hesab olunur. Yuxu psixoloqu doktor Mişel Drerupun fikrincə, otaq “mağara”ya bənzəməlidir.

2012-ci ildə edilən bir araşdırmaya görə, isti otaqda yatmaq gecənin ortasında oyanma şansını artırır və eyni zamanda yavaş dalğalı yuxuya və sürətli göz hərəkəti yuxusuna təsir göstərir. Yavaş dalğalı yuxu beyində məlumatın və yaddaşın saxlanmasının konsolidasiyası üçün vacibdir. Yavaş yuxu pozğunluğu yaşlı insanlarda yaddaş itkisinin səbəblərindən biri hesab olunur. İmmunitet sistemi də yuxunun bu mərhələsindən faydalanır və toxumaların böyüməsi və bərpası baş verir – Hansı ki, bunlar qocalmanın qarşısını alan iki əsas amildir.

"Yuxu yaxşılaşdığımız və neyronlarımızın güclü əlaqələr yaratdığı regenerativ prosesdir. Bu, hər gecə daldığımız gənclik fəvvarəsi kimidir", - osteopatik həkim Mixail Varşavski izah edib.

Pis yuxu bioloji qocalmanın artması və diabet, ürək-damar xəstəlikləri, piylənmə, depressiya, dağınıq skleroz və xərçəng kimi bir sıra xəstəliklərlə əlaqələndirilir. 2016-cı ildə aparılan bir araşdırmaya görə, sadəcə bir gecə qeyri-kafi yuxu hüceyrənin qocalmasına səbəb ola bilər.

Keçən isti otağın hormonlar və yaşlanma arasındakı əlaqəsinə...

Tez-tez yuxu hormonu adlanan melatonin bədən istiliyinin azalmasına və qaranlığa cavab olaraq ifraz olunur. Melatoninin təkcə sirkadiyalı ritmə və yuxu-oyanma dövrünə təsir etmir, həm də neyrodegenerasiyadan qorunmağa kömək etdiyi düşünülür. Bundan əlavə, melatonin əzələ tonunu və gənc dərini qoruyan böyümə hormonunun ifrazı ilə əlaqələndirilir.

Beləliklə, sərin və rahat otaqda yaxşı bir gecə yuxusunun daha gənc görünməyə kömək edəcəyinə inanmaq ağlabatandır. Ən azı gümrah yuxudan oyana, qaranlıq dairələrdən və üzdə şişkinliklərdən azad ola bilərsiniz.

Bəs gözəl yuxu yatmaq üçün ideal temperatur nədir?

Baxmayaraq ki, körpələr və yaşlılar otaqda bir qədər isti temperatur tələb edə bilər, lakin bu məsələdə geniş qəbul edilən cavab 15,5-19,4 C° temperaturdur. Mütəxəssislər qeyd edirlər ki, bu göstərici əslində çox fərdidir, əsas odur ki, çox isti olduğu halda gecənin ortasında oyanmamaqdan əmin olun.

QAZİLER.AZ

Diaspora