Vitamin, mineral, mikroelement və digər maddələrlə zəngin olan portağal haqda yəqin ki çox məqalə oxumusunuz. Amma, bu gün biz sizə onun ən xeyirli tərəflərindən və bu meyvənin köməyi ilə arıqlamaq üçün pəhrizdən söz edəcəyik.
Portağalın orqanizmə xeyri...1.Xərçəng xəstəliyinin inkişafının qarşısını alır
2.Qan təzyiqini aşağı salır
3.Ürək-damar sisteminin işlək vəziyyətini qoruyub saxlayır
4.İmmun sistemi bərkdir
5.Xolestirinin səviyyəsini aşağı salır
6.İnfeksiyalardan qoruma, sümük və dişlərin sağlamlığını təmin etmək və bir sıra digər xeyirli xüsusiyyətlərini sadalamaq olar.
Bununla bərabər şəkər xəstələri və mədə bağırsaq sistemində problemi (mədə yarası, onikibarmaq bağırsaq,qastrit) olan insanlara ehtiyatlı olmaq məsləhət görülür. Hər bir qidada olduğu kimi, portağalı da qədərində yemək məsləhətdir. Gün ərzində 1 -2 meyvənin orqanizmə ziyanı olmadığını düşünürük.
Tərkibi:
4 portağal
9-10 l su
700 q şəkər tozu
1 limon və ya bir qədər limon duzu
Portağalları yuyun, üzərindən qaynar su axıdın. 12, yaxud 24 saat dondurucuda saxlayın. Buzlayarkən portağalın acı dadı itir.
Portağalı dondurucudan çıxarandan sonra üzərindən qaynar su axıdın ki, yumşalsın və doğramaq asan olsun.
Hər portağalı 6-8 yerə bölün.
Qabığı ilə birlikdə ət maşınından keçirin.
Bunun üzərinə 3 l qaynanmış, yaxud filtrdən keçirilmiş soyuq su əlavə edib 15 dəqiqə saxlayın.
15 dəqiqə sonra cunadan, yaxud xırda gözlü ələkdən süzün. 6-7 l su, 700 q şəkər tozu və bir qədər limon duzu əlavə edin. Limon duzu yerinə 1 limonun şirəsini əlavə edə bilərsiniz.
Limonadı 1 saat saxlayın ki, dadı və rəngi gözəl olsun.
Portağal "jmıx"ından isə mürəbbə bişirə bilərsiniz: şəkər tozu, azca limon duzu əlavə edin, qaynara düşəndən sonra 15-25 dəqiqə bişirin.
Nuş olsun!