Myasnikov daha az yemək üsulunu qeyd edib

Myasnikov daha az yemək üsulunu qeyd edib backend

Həkim və teleaparıcı Aleksandr Myasnikov insanlara mümkün qədər az yeməyi tövsiyə edib.

Qaziler.az bildirir ki, o, "Rossiya 1" kanalındakı verilişinin efirində məlumat paylaşıb.

“Az yemək istəyirsiniz? Onda yeməyi özünüz bişirin. Yemək bişirəndə doymaq hissi yaranır”, - deyə mütəxəssis bildirib.

Myasnikov bildirib ki, insan yemək bişirərkən həmişə öz yeməyinin dadına baxır və bununla da aclıq hissindən xilas olur.

Aparıcı özü tez-tez tərəvəz qəlyanaltıları sayəsində az yediyini bildirib.

QAZİLER.AZ

Diaspora