Bu tarixdə Yer kürəsini uzun maqnit qasırğası bürüyəcək

Bu tarixdə Yer kürəsini uzun maqnit qasırğası bürüyəcək backend

İyunun 4-də Yer kürəsini uzunmüddətli maqnit qasırğası əhatə edə bilər.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri xəbərdarlıq ediblər. Qeyd edilən məlumatlara görə, maqnit qasırğası yalnız iyunun 5-i səhər saatlarında başa çatacaq.

Qeyd edilir ki, fırtına Günəşdə partlayışdan sonra Yerə doğru hərəkət edən plazma axınları ilə tətiklənəcək. Maqnit qasırğası G1 səviyyəsində olacaq, saat 19:00 radələrində başlayacaq, gecə yarısı pik nöqtəsinə çatacaq və iyunun 5-i təxminən saat 6:00-a qədər davam edəcək.

QAZİLER.AZ

Diaspora