Çirkli hava aşağı çəkili uşaqların dünyaya gəlməsinə səbəb olur

Çirkli hava aşağı çəkili uşaqların dünyaya gəlməsinə səbəb olur backend

Yerusəlim İvrit Universitetinin alimləri müəyyən ediblər ki, PM2.5 hava çirkliliyi az çəki ilə uşaq dünyaya gətirmək riskini artırır. Aşağı doğum çəkisi isə sonrakı həyatda ürək xəstəliyinə və diabetə səbəb ola bilər.

Tədqiqatın nəticələri “Science of The Total Environment” (STE) jurnalında dərc olunub.

Alimlərin araşdırması əvvəllər dərc olunmuş 84 araşdırmanın nəticələrinə əsaslanan meta-analizdir. Ümumilikdə alimlər 42 milyona yaxın doğuşu təhlil ediblər. Tədqiqatçılar havanın çirkli olduğu ərazidə yaşamağın hamilə qadınların və onların uşaqlarının sağlamlığına necə təsir etdiyini öyrənməyə çalışıblar.

Məlum olub ki, havada PM2.5 incə hissəciklərinin (ağır metalların birləşmələri, aerozol çirklənməsi, mineral duzların hissəcikləri, his, rezin, qum və asfalt, həmçinin bitki polenləri) həddindən artıq olması çəkisi az olan körpə dünyaya gətirmək riski ilə əlaqələndirilir. Alimlər izah ediblər ki, aşağı çəki ilə doğulma sonrakı həyatda ürək-damar xəstəlikləri, diabet və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora