Kolon xərçənginin üç xəbərdaredici əlaməti müəyyən edilib

Kolon xərçənginin üç xəbərdaredici əlaməti müəyyən edilib backend

Nəcisdə qan olması, bağırsaq hərəkətlərində dəyişikliklər və qarın ağrısı bağırsaq xərçəngi diaqnozundan illər əvvəl ortaya çıxan üç əsas əlamətdir.

Qaziler.az bildirir ki, bunu ABŞ onkoloqu Kimmi Ng bildirib.

Daily Mail ilə söhbətində həkim qeyd edib ki, son onilliklərdə gənc yaş qrupunda (29 yaşa qədər) bu xəstəlik nisbətləri kəskin şəkildə artıb.

"Onlar çox aktivdirlər, çox idman edirlər, sağlam qidalanırlar, ailələrində xərçəng xəstəliyi yoxdur, genetik sindrom yoxdur”, - deyə onkoloq bildirib.

Həkimin sözlərinə görə, xəstəlik təkcə pis vərdişləri olan insanlarda baş vermir. Artımın potensial səbəbləri arasında qeyri-sağlam qida, plastik çirklənmə və antibiotiklərdən istifadə daxildir.

Həkim qeyd edib ki, kolon xərçənginin daha az aşkar əlaməti səbəbsiz çəki itkisidir.

QAZİLER.AZ

Diaspora