Çəkisi artıq adamlar müxtəlif üsullarla arıqlamağa can atır, bəzən orqanizmə zərər verə biləcək pəhrizlərdən istifadə edirlər. Mütəxəssislər isə arıqlamağa deyil, daha çox sağlamlığa fikir verməyi tövsiyə edirlər.
Qaziler.az xarici mətbuata istinadən onların tövsiyələrini təqdim edir:
Hərəkət edin. Gündə cəmi 30 dəqiqə hər hansı fiziki fəaliyyət sizin bioloji yaşınızı əhəmiyyətli dərəcədə azaldacaq. Buna həftədə 200 dəqiqə vaxt ayırsanız, 10 il cavan görünəcəksiniz.
Bişmiş balıq yeyin. Yağlı növlərdə olan qiymətli omeqa-3 turşularını qorumaq üçün balıqları bişirmək və ya qaynatmaq daha yaxşıdır. Diş ətləriniz haqqında unutmayın. Dişləriniz arasındakı boşluqları təmizləməsəniz, ağızda bakteriya çoxalaraq diş ətinin qanamasına səbəb ola bilər. Bir dəfə qana daxil olan bu bakteriyalar hətta ürək xəstəliyinə səbəb ola bilər.
Daha tez-tez yeyin. Gündə 6 dəfədən az yeyənlərdə xolesterin səviyyəsi 5% azalır. Bundan əlavə, yağlı və şirin qidalar qəbul etməməyə çalışın və gündəlik qida rasionunuzun 2000 kkal-dan çox olmamasına diqqət yetirin.
Ağırlıq yox, sağlamlıq. Pəhriz bədən üçün stresdir. Bundan əlavə, daimi qida məhdudiyyətləri psixi vəziyyətə təsir göstərir. Əgər arıqlamağa çalışırsınızsa, boş yerə, prioritetlərinizi dəyişdirin. Artıq çəki haqqında deyil, sağlam olmaq haqqında düşünün. Fiziki cəhətdən aktiv insanlar artıq çəkili olsalar belə daha uzun yaşayırlar.
QAZİLER.AZ