“İmtahan zamanı yaddaşı stimullaşdırmaq, beyin funksiyasını yaxşılaşdırmaq və stresslə mübarizə aparmaq üçün qol və ayaq əzələlərini rahatlaşdırmaq lazımdır”.
Qaziler.az bildirir ki, bu barədə uşaq psixoloqu Natalya Naumova “NEWS.ru”ya açıqlayıb. Onun sözlərinə görə, əgər auditoriyanın arasından çıxa bilsən, qollarını və ayaqlarını sallaya, həm də bir az hərəkət edə bilərsən.
“İmtahan zamanı beynin daha yaxşı işləməsi, diqqətli olması, yaddaşın yaxşılaşması üçün əzələləri işlətmək lazımdır. Vəziyyətdən asılı olaraq qol və ayaqların bütün əzələlərini rahatlaşdırırıq. Əgər çölə çıxmaq imkanınız varsa, əllərinizi və ayaqlarınızı sallada, daha aktiv olmaq üçün bir az hərəkət edə bilərsiniz. Ən əsası pozitiv düşünməkdir, bu zaman hər şey gözəl nəticə verəcək”, - Naumova deyib.
Psixoloq qeyd edib ki, imtahan dövründə valideynlərin uşağa dəstək olması və heç bir halda danlamaması vacibdir. Belə şəraitdə tələbənin stressi aradan qalxacaq.
QAZİLER.AZ