Türkiyədən ixrac edilən bu məhsullarda aflatoksin aşkarlandı: Xərçəng yaradır

Türkiyədən ixrac edilən bu məhsullarda aflatoksin aşkarlandı: Xərçəng yaradır backend

Avropaya ixrac edilən 3 müxtəlif quru əncirin tərkibində kanserogen “aflatoksin”in normadan 11 dəfə yüksək olması narahatlıq yaradıb. Sağlamlıq üçün təhlükəyə yaradan bu maddə əvvəllər də dəfələrlə qida nümunələrində aşkar edilib.

QAZÌLER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, son zamanlar Türkiyədən Avropaya ixrac edilən əncir qurusunda aflatoksinin normadan 11 dəfə yüksək olması narahatlıq doğursa da, son illərdə oxşar vəziyyətin dəfələrlə yaşandığı üzə çıxıb.

2019-cu ildə Avropa İtiffaqının səlahiyyətli qurumları Türkiyədən göndərilən quru əncirdə çox tez-tez və yüksək miqdarda aflatoksin və okratoksin qalıqlarının aşkar edildiyini diqqətə çatdırıblar.

2018-ci ildə İstanbulda ən böyük müzakirələrdən biri olan 10 müxtəlif növ çips və 4 müxtəlif növ fıstıq çubuqlarının laboratoriya analizlərində aflatoksin zəhərli maddə aşkar edilib. Tədqiqat çərçivəsində fıstıq məhsullarının yüzdə 50-də aflatoksinin həddindən artıq olduğu təsbit edilib.

Sivas Cümhuriyyət Universiteti Tibb fakültəsindən Qonca Şimşək və Səma Ağaoğlu tərəfindən aparılan aflatoksin varlığı və qalıq səviyyəsi araşdırması ciddi narahatlıq doğurub. AFM1 dondurmalarda və satışa çıxarılan bəzi süd məhsullarında da aşkar edilib.

Qidaların üzərində böyüyən kiflərin yaratdığı aflatoksin ən çox fındıq, yerfıstığı və quru əncir kimi məhsullarda olur. Kanserogen maddə olan aflatoksin daha çox qaraciyərə təsir edir.

Diaspora