Mədə yanmasında sodalı məhluldan istifadə ziyandır

Mədə yanmasında sodalı məhluldan istifadə ziyandır backend

“Heç bir mütəxəssis mədə yanmasını müalicə etmək üçün sodadan istifadə etməyi məsləhət görmür, çünki bu xəstəlik kompleks müalicə tələb edən mədə-bağırsaq xəstəliklərinin təzahürü hesab olunur”.

Qaziler.az bildirir ki, bu haqda qastroenteroloq Yekaterina Kaşux danışıb. Kaşuxun sözlərinə görə, boğaz ağrısı üçün soda məhlulundan istifadə etmək olar.

“Soda mədədəki turşunu qələvi ilə söndürür, lakin bu təsir uzun sürmür, ona görə də orqanizm aktiv şəkildə xlorid turşusu istehsal edir ki, bu da mədə yanmasının və şişkinliyin pisləşməsinə səbəb ola bilər” - həkim deyib.

Mütəxəssis xəbərdarlıq edir ki, konsentratlaşdırılmış soda məhlulları düzgün istifadə edilmədikdə selikli qişanın qıcıqlanmasına və sağlamlığa zərər verə bilər. Həmçinin o, vurğulayıb ki, sodadan infeksiyalar, HİV, ürək ritminin pozulması və digər xəstəliklər üçün olan dərmanlarla birlikdə istifadə edərkən diqqətli olmaq lazımdır. Sodadan uzun müddət istifadə etdikdə, xərçəng riskini artırır. Buna görə də ondan sui-istifadə etmək olmaz.

Kaşuhun sözlərinə görə, bəzi insanlar boğaz ağrısı üçün soda məhlulundan istifadə edirlər və bu, həqiqətən kömək edir. Mütəxəssis deyir ki, zəif soda məhlulundan ağız və boğaz yaxalamaq üçün istifadə həqiqətən ağız boşluğunun gigiyenasını qorumağa və selikli qişadakı kiçik xoraları müalicə etməyə kömək edə bilər. Bu məhlulu hazırlamaq üçün yarım stəkan isti suya yarım çay qaşığı soda tökmək məsləhət görülür.

QAZİLER.AZ

Diaspora