Stresslə mübarizə aparmağın sirri çölə çıxmaq, nəfəs alıb gəzmək qədər sadədir.
"Açıq havada gəzməyin çoxlu heyrətamiz faydaları var. Təbiətdə olmağın, hətta hər gün bir ağacın altında oturmaq olsa belə, stressi azaltdığı elmi şəkildə sübut edilmişdir. Bu da öz növbəsində qan təzyiqini, ürək döyüntüsünü və kortizol kimi stress hormonlarını azalda bilər", - “New York Post” Pediatr Vanessa Slotss istinadla xəbər verir.
Təbiətdə vaxt keçirmək təkcə stressi və depressiyanı azaltmağa kömək etmir, həm də yaddaşı yaxşılaşdıra və diqqət çatışmazlığından əziyyət çəkən insanlara kömək edə bilər.
Təbiətdə vaxt keçirmək xoş hisslər yaradan dopamin və endorfin hormonlarının istehsalını artırır. Endorfinlər ağrı və ya stresə cavab olaraq, təbiətdə vaxt keçirmək, idman etmək, cinsi münasibətlərdə, gülmək, meditasiya etmək və şokolad yemək kimi zövq verici fəaliyyətlər zamanı bədən tərəfindən ifraz olunan kimyəvi maddədir.
QAZİLER.AZ