Saçlarımızı soyuq su ilə yumaq olar? - Trixoloq

Saçlarımızı soyuq su ilə yumaq olar? - Trixoloq backend

Saçınızı soyuq su ilə yusanız, soyuqdəymə ilə qarşılaşa bilərsiniz.

Qaziler.az bildirir ki, bunu dermatoloq və trixoloq Tatyana Eqorova “aif.ru” saytına bildirib. Onun sözlərinə görə, soyuq su ilə yuyunmaq immuniteti zəif olan insanlar üçün təhlükəlidir.

Həkim qeyd edib ki, insan başı, ayaqları və qolları vasitəsilə soyuqdəyməyə uğrayır, ona görə də bu cür yuyunmaqla xəstələnmək mümkündür.

Trixoloq bildirib ki, sərin su saç üçün təhlükəli deyil. Lakin soyuq suyun ani təsirindən spazm və saç köklərinin qidalanmasında müvəqqəti pozulma baş verə bilər, ancaq bir dəfə ilə heç nə olmayacaq. Əgər tez-tez saçınızı soyuq su ilə yuyursunuzsa, saç diblərinin qidalanmasında çatışmazlıq yarandığı üçün saçlarınızın vəziyyətinin pisləşdiyini görə bilərsiniz.

QAZİLER.AZ

Diaspora