Kababı bu içkiylə qarışdırmaq olmaz - Dietoloq

Kababı bu içkiylə qarışdırmaq olmaz -  Dietoloq backend

“Mayda açılan tətil süfrələri spirtli içkilərlə müşayiət olunmamalıdır”.

Qaziler.az bildirir ki, bunu “Gazeta.Ru”ya müsahibəsində endokrinoloq-dietoloq Mariya Skibitskaya məsləhət görüb. Onun sözlərinə görə, bu, intoksikasiyaya gətirib çıxarır.

“Spirtli içkilərin həddindən artıq istehlakı son nəticədə intoksikasiyaya gətirib çıxarır ki, bu da xoşagəlməz simptomlarla (baş ağrısı, halsızlıq, ürəkbulanma, qusma) müşayiət olunur”, - dietoloq qeyd edib.

Mütəxəssis bayram yaxud tətil süfrələrindən bir gün sonra su və elektrolit balansını bərpa etmək və intoksikasiyanı azaltmaq üçün mineral su içməyi tövsiyə edir. Bununla belə, dietoloqun fikrincə, spirtdən sui-istifadə etməmək və nə vaxt dayandırılacağını bilmək daha yaxşıdır. Çünki alkoqol içki susuzluğa gətirib çıxarır və mədəaltı vəz üzərində stress yaradır.

QAZİLER.AZ

Diaspora