Danimarka və İsveçdən olan bir qrup alim bakteriyalardan istifadə edərək insanın qan qrupunu dəyişmək üçün yeni üsul əldə ediblər.
Qaziler.az bildirir ki, tədqiqat “Nature Microbiology” (NatMicrob) elmi jurnalında dərc olunub.
Komanda bağırsaq mikrobları tərəfindən istehsal olunan bəzi fermentlərin qarışığını müəyyən edib, hansı ki, istənilən qan qrupunun hüceyrələrini birinci qan qrupuna çevirə bilər. Birinci qan qrupunun sahibləri sağlamlığa zərər vermədən istənilən növ donor qanı ala bilərlər.
İnsan bədənindəki faktiki olaraq bütün hüceyrələr kimi, qırmızı qan hüceyrələri də antigen adlanan bir çox unikal şəkərli strukturlarla örtülmüşdür. Onlar insandaninsana dəyişir: bəzi strukturlar ikinci qrupa (A), digərləri isə üçüncü qrupa (B) aiddir. Bəzilərində həm A, həm də B (dördüncü qrup), digərlərində isə heç biri yoxdur, O təyin olunur.
Əvvəlki araşdırmalara əsaslanaraq, tədqiqatçılar “Akkermansia muciniphila” bakteriyasının istehsal etdiyi maddələri təcrid ediblər və onlarla ikinci və üçüncü qan qrupları olan bir neçə donorun qırmızı qan hüceyrələrini müalicə ediblər.
Yeni fermentlər otaq temperaturunda 30 dəqiqə ərzində qırmızı qan hüceyrələrini xarakterik antigenlərdən təmizləyiblər.
QAZİLER.AZ