İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyanın ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, hər il dünyada ən az 132 min insana təsir edən və dəri xərçənginin ən ölümcül növü sayılan melanoma ilə artıq cərrahi yolla mübarizə aparmaq mümkündür. Cərrahiyyə ilə yanaşı bəzən radioterapiya, dərmanlar və kemoterapiya da istifadə edilə bilər.
London Universitet Kolleci Xəstəxanalarında aparılan sınaqlarda həkimlər immun sisteminin xərçəng hüceyrələrini öldürməsinə kömək edən peyvəndi araşdırıblar. “Moderna”, “Merck Sharp” və “Dohme” şirkətlərinin istehsal etdiyi müalicə metodunun klinik sınaqlarda müvəffəqiyyətli olması halında ümumi istifadəyə veriləcəyi qiymətləndirilir.
Araşdırma qrupundan Dr. Heather Shav peyvəndin dəri xərçəngi xəstələrini müalicə etmək potensialına malik olduğunu, lakin ağciyər, sidik kisəsi və böyrək şişləri kimi digər xərçəng növlərində də sınaqdan keçirildiyini açıqlayıb. Shav peyvəndin fərdi şəkildə təklif edildiyini, yəni strukturunun hər bir xəstəyə uyğun olaraq dəyişdirildiyini vurğulayıb. Sınaqlarda hər bir xəstə üçün xüsusi olaraq istehsal edilən yeni vaksinlər sınaqdan keçirilir. Testlərin ikinci mərhələsində peyvəndlərin melanoma xəstələrində xərçəngin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkarlanıb. İndi üçüncü və sonuncu mərhələ sınaqlarına start verilib.