Şirniyyatlar bədən və beyin üçün tamamilə zərərli hesab edilsə də, bunlar arasında bir istisna var - tünd şokolad...
Şokoladın əsas tərkib hissəsi olan kakaonun tərkibindəki bəzi birləşmələrə flavanollar deyilir ki, bunlar antioksidan xüsusiyyətlərə malikdir və orqanizmdə oksidləşdirici stress yaradan və hüceyrələrə zərər verən sərbəst radikallarla mübarizə apara bilir.
Bəzi tədqiqatlar göstərib ki, kakaonun tərkibindəki flavanollar yaşa bağlı yaddaşın azalmasına səbəb olur. Məsələn, Kolumbiya Universitetində aparılan bir araşdırma bu faydanı 50-69 yaş arası insanlarda aşkar edib.
2020-ci ildə aparılan bir araşdırmada tədqiqatçılar müəyyən ediblər ki, flavanollarla zəngin olan xüsusi kakao içkisi içmək 20-40 yaşlı insanlarda bəzi mürəkkəb tapşırıqlar üzrə koqnitiv performansın yaxşılaşmasına səbəb olub.
Bununla belə mütəxəssislər şokoladın yaddaşı və ya konsentrasiyanı qoruyacağı və ya yaxşılaşdıracağı, enerji itkisinin qarşısını alacağı ilə bağlı ümidlərə qapılmamağı məsləhət görür.
QAZİLER.AZ