A vitamini bədən üçün, gözlərin, ağciyərlərin və dərinin sağlamlığı üçün vacibdir.
Qaziler.az bildirir ki, bu haqda həkim və teleaparıcı Yelena Malışeva “Sağlam yaşa!” verilişinin efirində danışıb. Onun sözlərinə görə, bu vitamini ancaq qidalardan almaq olar və ən faydalı element qaz əti, treska (balıq növü) və hinduşkanın qaraciyərində olur.
“A vitamini tamamilə oftalmik vitamindir. Daha göz oxşayan vitamin haqqında düşünmək mümkün deyil, çünki A vitamini olmadan görmə qabiliyyətimiz formalaşmır”, - Malışeva qeyd edib.
Həkim bu 3 qidanın tərkibindəki A vitaminin dəyərini də açıqlayıb:
“A vitamininin ən yaxşı mənbələri qaraciyərdir. Belə ki, 100 qram treskanın qaraciyərində 20 gündəlik vitamin norması var və bunun üçün gündə cəmi beş qram istehlak etmək kifayətdir. 100 qram hinduşkanın qaraciyərində 15 gündəlik norma, qazın qaraciyərində isə altı norma var”, - deyə Malışeva vurğulayıb.
QAZİLER.AZ