Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? -  Mütəxəssisdən AÇIQLAMA backend

Sağlam qalmaq üçün yağlı, şirin və çox duzlu yeməklərdən imtina etmək yaxşıdır. Ancaq iki həftədə bir dəfə zərərli yemək sağlamlığa o qədər də böyük zərər verməz.

Bu barədə rusiyalı endokrinoloq və dietoloq Yekaterina Kazaçkova danışıb.

O, bildirib ki, rasionda artıq yağ, duz və şəkər ürəyə, damarlara zərər verir, piylənmə riskini artırır.

“Ancaq iki həftədə bir dəfə olar. Sadəcə diqqət etmək lazımdır ki, zərərli qidalar həmin gün artıq kaloriyə səbəb olmasın”, - deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, tərəvəz və meyvələr “fast-food”un zərərini azaltmağa kömək edər.

“Onlar liflə zəngindir və bəzi zərərli trans yağları uda bilir. Bundan əlavə, meyvə və tərəvəz zərərli qidalarını emal edən bağırsaq mikrobları üçün faydalıdır”, - deyə endokrinoloq vurğulayıb.

Mənbə: Gazeta.ru

Diaspora