“Yüksək intellektli insanlar özlərini aşağı IQ-lü insanlardan daha xoşbəxt hiss edirlər”.
Qaziler.az bildirir ki, bu fikirləri psixoloq Sergey Mats "Danışır Moskva" radiostansiyasında çıxışı zamanı deyib. Onun fikrincə, həyatdan və özündən razılıq birbaşa inkişaf səviyyəsindən asılıdır. Bundan əlavə, sağlamlıq, fiziki cəlbedicilik, zənginlik və yaş xoşbəxtliyə təsir göstərir.
“Və nəhayət, zəka, ağıl, yəni idrak qabiliyyətləri... IQ səviyyəsi artdıqca insanların xoşbəxtlik səviyyəsi azalmır, artır. İnsan axmaq deyil, daha ağıllı olduqda özünü daha xoşbəxt hiss edir”, - Mats deyib.
Ekspert izah edib ki, xoşbəxtlik həm də sosial qarşılıqlı əlaqələrdən və ailə dəyərlərindən asılıdır. Psixoloqun fikrincə, xoşbəxtlik səviyyəsi müəyyən səviyyəyə qədər yüksəlir, sonra isə artım dayanır. Bundan əlavə, xoşbəxtlik yaşdan asılıdır – yaş nə qədər yüksəkdirsə, insan illər keçdikcə daha xoşbəxt olur, xoşbəxtliklərini daha əhəmiyyətli hala gətirirlər.
QAZİLER.AZ