Bəzi ölümcül bakteriyalar “vampirlər kimi” insan qanı ilə qidalanır

Bəzi ölümcül bakteriyalar “vampirlər kimi” insan qanı ilə qidalanır backend

Bəzi ölümcül bakteriyalar “vampirlər kimi” insan qanı ilə qidalanır.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı ABŞ-da araşdırma aparılıb.

Vaşinqton Dövlət Universitetinin alimləri qan dövranı infeksiyalarının baş verməsini araşdırarkən bəzi ölümcül bakteriyaların insan qanında kimyəvi maddəyə çevrildiyini və orada qidalandığını aşkarlayıblar.

Tədqiqatın rəhbəri Siena Glenn bildirib ki, üç ölümcül qida bakteriyası insan qanını hədəf alıb, bu təkhüceyrəli mikroorqanizmlər insan qanına meyillidir. Xüsusilə bağırsaq xəstəlikləri olan insanlarda həzm sistemindəki kəsiklər vasitəsilə bakteriyaların qan dövranına daxil ola bilir. O, bakteriyaların qan mənbələrinə necə çatdığını öyrəndikdən sonra uyğun dərmanların hazırlana biləcəyini və bu dərmanlar sayəsində, xüsusilə qan yolu infeksiyası riski olan insanların daha sağlam ola biləcəyini söyləyib.

 

 

Diaspora