Asqırma, qaşınma və göz yaşı kimi simptomlar göstərən allergik rinit həyatı məhdudlaşdıra bilər. Bu mövsümdə allergiyanı aradan qaldırmaq üçün mütləq hər gün tətbiq edin.
Qaziler.az Türkiyə mətbuatına istinadən o üsulu təqdim edir.
Allergik rinit alerjenlərlə təmasda olduqda burun içindəki selikli qişanın iltihabı nəticəsində yaranan bir vəziyyətdir.
Bu, adətən, polen, toz, kif və ev heyvanlarının tükü kimi allergenlərə qarşı bədənin yüksək həssaslıq reaksiyası kimi baş verir.
Allergik rinit burun tıkanıqlığı, burun axması, asqırma, qaşınma və gözlərdə sulanma kimi əlamətlərlə özünü göstərir.
Mövsümi allergik rinit alerjenlərin müəyyən bir zamanda görünməsi ilə əlaqələndirilir, adətən polen allergiyası səbəbiylə yaz və ya payızda baş verir.
Mövsümü gəldiyi üçün, allergiyanızı yüngülləşdirəcək üsul budur...
Təsirini azaltmaq üçün hər gün cəhd edin.
Duzlu su burun içindəki qıcıqlanmanı azalda və allergenləri və digər qıcıqlandırıcıları təmizləməyə kömək edə bilər.
Gündə 1 stəkan duzlu suyu buruna çəkmək burun qaşınması və asqırmağın qarşısını alır.
O, həmçinin şişmiş və nəfəs almağı çətinləşdirən burun ətlərinin kiçilməsinə kömək edir.
QAZİLER.AZ