Çuğundur kaliumla zəngin olduğuna görə qan təzyiqinə faydalı təsir göstərir və onu aşağı salır.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu dietoloq Şennon Vestern deyib.
Bundan əlavə, tərəvəzin tərkibində nitratlar var. Onlar qan damarlarını genişləndirirlər, yəni ürəyin qan dövranını təmin etmək üçün çox işləməsi lazım gəlmir. Bədəndəki bu proses vazodilatasiya adlanır.
Mütəxəssisin sözlərinə görə, nitratlar nəinki təzyiqi aşağı salır, həm də əzələ aktivliyini artırır.
Həkim çuğundurdan müxtəlif xörəklərin hazırlanmasında, həmçinin çuğundur şirəsindən istifadə edilməsini tövsiyə edir.
Hər hansı bir formada çuğundurun istehlakını dayandırdıqdan sonra təsir üç aya qədər davam edir.
QAZİLER.AZ