Həkim ürək problemi olan sürücülərə bu dərmanı içməməyi məsləhət görür

Həkim ürək problemi olan sürücülərə bu dərmanı içməməyi məsləhət görür backend

Ürək problemi olan sürücülər məşhur olan bəzi dərmanları, məsələn, "Korvalol"u qəbul etməməlidir.

Qaziler.az gazeta.ru-ya istinadən bildirir ki, bu barədə aprelin 4-də tibb elmləri namizədi, kardioloq və terapevt İvan Stepanenko danışıb.

Onun sözlərinə görə, "Korvalol"un tərkibində hipnotik təsir göstərən fenobarbital maddəsi var. Mütəxəssis əlavə edib ki, dərman ümumilikdə kardioloji dərman deyil, sakitləşdiricidir. Yuxusuzluğa əlavə olaraq, bu cür dərmanların qəbulu konsentrasiyanın azalmasına səbəb ola bilər, buna görə də avtomobil idarə etməzdən əvvəl qəbul edilməməlidir.

QAZİLER.AZ

Diaspora