Lavaşı kimlər yeyə bilməz?

Lavaşı kimlər yeyə bilməz? backend

Lavaş bildiyiniz kimi zərərli sürətli karbohidratlar siyahısında olan buğda unundan bişirilir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu endokrinoloq Natalya Antonova deyib.

 

Həkimin sözlərinə görə, bu səbəbdən məhsul qlütenə qarşı dözümsüzlüyü olan insanlar üçün uyğun deyil.

 

Bundan əlavə, lavaş yüksək glisemik indeksə malikdir. Hər gün lavaş yemək şəkərli diabet xəstələri üçün təhlükəlidir.

 

“Gazeta.ru” yazır ki, məhsul artıq çəkili insanların rasionunda da məhdudlaşdırılmalıdır.

 “Belə insanlar həftədə iki gündən artıq bu un məhsulundan istifadə etməməlidir. Lavaşın içinə aşağı kalorili, məsələn, toyuq, hinduşqa flesi, tərəvəzlər qoyula bilər”, - ekspert deyib.

Endokrinoloqun sözlərinə görə, lavaş nahara qədər yeyilməlidir. Bu, orqanizmi sürətli karbohidratlardan qorunmağa kömək edəcək və buna görə də onu əlavə çəki yaranmasına imkan verməyəcək.

QAZİLER.AZ

Diaspora