Gündəlik pomidor yemək hipertoniyanın qarşısını alır

Gündəlik pomidor yemək hipertoniyanın qarşısını alır backend

Pomidor insanın təzyiqi üçün faydalı ola bilər. Onun tərkibində qan təzyiqini sağlam səviyyədə saxlaya bilən xüsusi qidalar var.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Milli Sağlamlıq İnstitutları yüksək qan təzyiqi olan insanlara natriumdan iki dəfə çox kalium olan qidaları istehlak etməyi tövsiyə edir. Bir pomidorda 292 milliqram kalium və cəmi 6,15 milliqram natrium var. Pomidorun 94%-i su olduğu üçün nəm balansını qorumağa da kömək edəcək.

2023-cü ildə aparılan bir araşdırma, yüksək qan təzyiqi olan 55-80 yaşlı 7000-dən çox insan arasında daha çox pomidor yeyənlərin diastolik qan təzyiqinin aşağı olduğu aşkar edilib. Həmçinin, bir qədər yüksək təzyiqi olan insanlar, orta miqdarda pomidor yeməklə onu normallaşdıra biliblər.

Gündə 110 qramdan çox pomidor yeyənlərin (təxminən böyük pomidorun ölçüsündə) yüksək təzyiqə tutulma riski gündə 44 qramdan az yeyənlərə nisbətən 36% az olur.

Siz həmçinin hər gün pomidor yeyərək bağırsaq mikrobiomunuzu yaxşılaşdıra bilərsiniz, çünki onlar bağırsaqlarınızdakı faydalı bakteriyaların sayını artırır və iltihabı azaldır.

QAZİLER.AZ

Diaspora