Stress altında qadınların dəri səthi spirt buraxır - Araşdırma

Stress altında qadınların dəri səthi spirt buraxır - Araşdırma backend

Fransanın Burqundiya Universitetinin alimləri müəyyən ediblər ki, psixoloji gərginlik zamanı qadınların dərisi spirt, efir, alkan, azot birləşmələri və ketonlar da daxil olmaqla xüsusi uçucu üzvi birləşmələr buraxır.

Qaziler.az bildirir ki, araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

Araşdırmada 24-40 yaş arası siqaret çəkməyən 35 qadın iştirak edib. Alimlər sakit və stresli vəziyyətdə olan qadınların alın nahiyəsində dəri tərəfindən hansı uçucu üzvi birləşmələrin (UÜB) əmələ gəldiyini anlamaq üçün orqanosilikon polimerlərdən hazırlanmış xüsusi sensorlardan istifadə ediblər. Qeyd olunub ki, uçucu üzvi birləşmələr dərinin qoxu profilinə təsir edən birləşmələrdir. Onlar ekrin, yağ və apokrin bezlər tərəfindən istehsal olunur. Ekrin tər vəziləri bütün bədəndə, apokrin tər vəziləri isə dərinin tüklü nahiyələrində yerləşir.

Məlum olub ki, stress altında qadınların dərisinin səthində təxminən 198 UÜB əmələ gəlir ki, bunlara spirtlər, alkanlar (doymuş karbohidrogenlər), efirlər (turşular sinfi), azot birləşmələri və ketonlar daxildir. Alimlər həmçinin müəyyən ediblər ki, psixoloji stress sebum istehsalını 37% artırır.

Alimlər təklif etdilər ki, gələcəkdə bu birləşmələr müxtəlif xəstəliklər üçün potensial biomarkerlər ola bilər.

QAZİLER.AZ

Diaspora