Alimlər: Zeytun yarpağının ekstraktı şəkərli diabetin müalicəsinə müsbət təsir göstərir

Alimlər: Zeytun yarpağının ekstraktı şəkərli diabetin müalicəsinə müsbət təsir göstərir backend

Zeytun yarpağının ekstraktı 2-ci tip şəkərli diabetin müalicəsinə müsbət təsir göstərir. Bu, beynəlxalq tədqiqat qrupunun apardığı araşdırmada sübut edilib.

QAZILER.AZ  AZƏRTAC-a istinadla xəbər verir ki, Cənubi Ural Dövlət Universitetinin alimləri mədəaltı vəzi və digər orqanların toxumalarını uğurla bərpa edə bilən bioloji aktiv birləşmələrin yüksək tərkibinə görə bu ekstraktın əhəmiyyətli antioksidant və hipoqlikemik aktivliyini aşkar ediblər.

Diabet mədəaltı vəzi kifayət qədər insulin istehsal etmədikdə və ya bədən istehsal etdiyi insulindən səmərəli istifadə edə bilmədiyi zaman inkişaf edən ciddi xroniki xəstəlikdir. Hazırda şəkərli diabetin iki növü var. Birinci tip diabet insulindən asılıdır və əsasən 30 yaşdan kiçik gənclərə təsir göstərir.

İkinci tip diabet isə insulindən asılı deyil. Belə xəstələrdə insulin istehsal olunur və pəhrizə riayət etməklə, dərmanlardan istifadə etməklə və aktiv həyat tərzi keçirməklə şəkər səviyyəsinin kifayət qədər uzun müddət normal qalmasını təmin edə və fəsadların qarşısını təhlükəsiz şəkildə almaq olar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 40 ildə dünyada şəkərli diabetdən əziyyət çəkənlərin sayı 4 dəfə artıb. Düzgün müalicə olmadıqda diabet korluq, əzaların amputasiyası, böyrək çatışmazlığı, infarkt və insult kimi ağırlaşmalara səbəb ola bilər

Diaspora