Gecə 4 saatdan az yatanları nələr gözləyir?

Gecə 4 saatdan az yatanları nələr gözləyir? backend

İnsan sağlamlığı üçün normalda minimum 6, maksimum 9 saat yatmalıdır.

QAZILER.AZ  Axar.az-a istinadən xəbər verir ki, somnoloq Yelena Çareva ən fövqəladə hallarda belə sutkada 4 saat yuxunun vacibliyini bildirib.

"Yuxu saatı yaşa görə dəyişir. Uşaqlar böyüklərdən, böyüklər isə yaşlı insanlardan daha çox yatır. Yuxunun olmaması, getdikcə azalması və ya 10 saatı keçməsi, yəni daha çox yatmaq ciddi pozuntulardan xəbər verir. Melatonin yuxu hormonu qaranlıqda istehsal olunmağa başlayır. Qışda saat 18:00-dan melatonin qanımızda yüksəlməyə başlayır və gecə yarısı pik həddə çatır.

Ona görə çox insanlar gecə 2-dən sonra yuxuya gedə bilir. Yuxunuz gəlmirsə, uzanıb yuxunu gözləməyin mənası yoxdur, bu yuxusuzluqdur və bunu müalicə etmək lazımdır", - Çareva qeyd edib.

Diaspora