Sağlam qidalanma qocalmanı ləngidir – Alimlər

Sağlam qidalanma qocalmanı ləngidir –  Alimlər backend

Kolumbiya Universitetinin alimləri müəyyən ediblər ki, sağlam qidalanma demensiyanın inkişaf riskini azaldır və bioloji qocalma sürətini ləngidir.

Qaziler.az xəbər verir ki, tədqiqatın nəticələri “Annals of Neurology” jurnalında dərc olunub.

Tədqiqatda demans əlamətləri olmayan 60 yaşdan yuxarı 1644 insan iştirak edib. Onlar alimlərə qidalanma vərdişləri və sağlamlıqları haqqında məlumat verib, idrak qabiliyyətlərini qiymətləndirmək üçün testlər keçirib və qan testləri aparılıb. 

Tədqiqat zamanı 140 iştirakçıda demans inkişaf edib. 

Nəticələr göstərib ki, sağlam qidalanma (yeməklərdə çox işlənmiş qidaların miqdarını minimuma endirmək, alkoqoldan qaçmaq, duz və şəkər qəbulunu balanslaşdırmaq) demensiyanın inkişaf riskinin 27% azalması ilə nəticələnib. Sağlam qidalanma vərdişlərinin yaşlandıqca zamanla yığılan geniş molekulyar və hüceyrə ziyanını yavaşlatdığı da sübut edilib.

QAZİLER.AZ

Diaspora